Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək

Digər ölkələr
  • 14 iyul, 2026
  • 13:03
Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək

Serbiya ilə ABŞ arasında strateji dialoq keçiriləcək.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib.

Nazir qeyd edib ki, bu gün Vaşinqtonda Serbiya ilə ABŞ arasında strateji dialoqun başlanması barədə qərar qəbul edilib və ilk iclas iyulun 17-nə təyin olunub.

M. Curiç vurğulayıb ki, Serbiya və ABŞ tarixdə ilk dəfə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirlər:

"Bu o deməkdir ki, ABŞ və Prezident Donald Trampın administrasiyası təkcə Serbiyaya, hökumətimizə və xalqımıza deyil, həm də Amerika institutlarına güclü mesaj göndərir ki, Serbiya tərəfdaş və dost ölkə kimi qəbul edilir. Bu, Serbiya üçün ən mühüm nailiyyətlərdən biridir, çünki uzun illərdir, bunun üzərində çalışırdıq".