Rusiya Qazaxıstanda yeni raketi sınaqdan keçirib
Region
- 26 aprel, 2021
- 06:37

Rusiya Hava-Kosmik Qüvvələri Qazaxıstanın Sarı Şaqan poliqonunda raket hücumundan müdafiə üzrə yeni raket sistemini sınaqdan keçirib.
“Report” xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Ölkənin Hava-Kosmik Qüvvələrinin Raket Hücumundan Müdafiə birliklərinin komandanı general-mayor Sergey Qrabçuk bildirib ki, yeni sistemin sınağı uğurlu olub.
Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi Sarı Şaqanda sonuncu dəfə 2020-ci ilin noyabrında raket sınağı keçirib. Bundan əvvəl raket sınaqları 2020-ci ilin oktyabr, 2019-cu ilin iyun və iyul, 2018-ci ilin fevral, iyul, avqust və dekabr, 2017-ci ili noyabr aylarında keçirilib.
Son xəbərlər
01:03
Avropa işləri üzrə nazirlər Aİ-nin daha da genişlənməsini dəstəkləyirlər
Digər ölkələr00:48
Tramp: ABŞ Hindistan üçün gömrük rüsumlarını azaltmağı planlaşdırmır
Digər ölkələr00:21
ABŞ Karib dənizində Venesueladan narkotik daşıyan gəmini vurub
Digər ölkələr00:16
Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb
Maliyyə23:57
Rubio və Barro Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edib
Digər ölkələr23:46
Hindistan noyabr ayına qədər ABŞ ilə ticarət sazişi bağlamağı hədəfləyir
Digər ölkələr23:40
Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı tədbirlər görüləcəyini bildirib
Digər ölkələr23:36
İsveçrə Ukraynada itkin düşən şəxslərin axtarışı üçün 3 milyon dollar ayıracaq
Digər ölkələr23:14