Qırğız Respublikasının müdafiə naziri dəyişib
Region
- 06 sentyabr, 2021
- 12:38

Qırğız Respublikasının Prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevin yerinə Baktıbek Bekbolotovu təyin edib.
“Report” 24.kg-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Taalaybek Omuraliyev başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Baktıbek Bekbolotov Qırğız Respublikası Silahlı Qüvvələrinin polkovnikidir. O, Milli Qavrdiyada xidmət edib, Panfilov diviziyasının komandiri olub. Baktıbek Bekbolotov müdafiə naziri təyin olunanadək Bişkek Maşınqayırma zavodu Səhmdar Cəmiyyəti idarə heyətinin sədri işləyib.
Son xəbərlər
08:03
Tramp: İdxal rüsumları ləğv edilsə, ABŞ üçüncü dünya ölkəsi olacaq
Digər ölkələr07:40
Salyanda yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var
Hadisə07:21
Əfqanıstanda zəlzələ zamanı iki yüzdən çox insan ölüb - YENİLƏNİB
Digər ölkələr07:11
Foto
Tiencində Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb
Xarici siyasət06:49
ABŞ fələstinlilərə vizalarının əksər növlərinin verilməsini dayandırıb
Digər ölkələr06:36
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
Digər ölkələr06:16
Yamal XXI əsrdə La Liqada penalti vuran ən gənc futbolçu olub
Futbol05:54
Honq Konq polisi 330 kq-dan çox narkotik vasitəsni müsadirə edib
Digər ölkələr05:26