Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirib: "Türkün Türklə ədavətə haqqı yox!"

Region
  • 07 oktyabr, 2025
  • 15:21
Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirib: Türkün Türklə ədavətə haqqı yox!
Kasım-Jomart Tokayev

"Türkün Türklə ədavətə haqqı yox!"

"Report"un məlumatına görə, Azərbaycan şairi Bəxtiyar Vahabzadədən bu sitatı Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gətirib.

O, Qazaxıstan Türk Dünyası Tədqiqatçıları Klubunu yaratmağı təklif edib.

Qazaxıstan Prezidenti öz ölkəsində Türk Dövlətləri Təşkilatı (TDT) dövlətlərinin ziyalılarının iştirakı ilə xüsusi tədbir keçirməyi təklif edib.

K.Tokayev TDT məkanında mədəni-humanitar əlaqələrin xüsusi rolunu qeyd edib:

"Biz gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik. Bununla əlaqədar olaraq, növbəti il Almatıda Kreativ İqtisadiyyat Forumu keçirməyi təklif edirik. Bu, gənclərimizi yaxınlaşdırmağa, onların biliklərini və səriştələrini artırmağa imkan verəcək. Ölkələrimizin ziyalılarının iştirakı ilə Qazaxıstanda xüsusi tədbir keçirməyi məqsədəuyğun hesab edirəm. Bu tədbir təşkilatımızın Ağsaqqallar Şurası çərçivəsində keçirilə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti