Azərbaycanda yük daşımaları 2 % artıb
İnfrastruktur
- 12 dekabr, 2025
- 15:23
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 217,9 milyon ton yük daşıyıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon ton və ya 2 % çoxdur.
Hesabat dövründə nəqliyyatçılar 1 milyard 974 milyon 4 min sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon 9 min sərnişin və ya 5,3 % çoxdur.
Bu ilin 11 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi isə 3,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80 % təşkil edib.
Son xəbərlər
04:48
NBC News: ABŞ-ın Yəmənə zərbələri nəticəsində yüzlərlə dinc sakin həlak olub
Digər ölkələr04:16
FİFA İnfantinonun uğursuz layihəsindən sonra reputasiyanı qorumaq üçün tədbirləri gücləndirəcək
Digər ölkələr03:51
Tramp NATO-nun avropalı üzvlərinin hərbi potensialını tənqid edib
Digər ölkələr03:13
Yaponiyada Xirosima qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr02:30
Tramp: İranla razılaşma əldə etməyə üstünlük verərdim
Digər ölkələr02:15
ABŞ polisilikona gömrük rüsumları tətbiq etməyi planlaşdırır
Digər ölkələr01:54
Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib
Digər ölkələr01:26
ÜST rəhbəri KDR-də Ebolanın yayılmasının sürətləndiyi barədə xəbərdarlıq edib
Digər ölkələr00:39