Paşinyanın etirafı: "Soyqırımı" 1950-ci illərdən sonra gündəmə gəlib

Region
  • 02 oktyabr, 2025
  • 00:14
Paşinyanın etirafı: Soyqırımı 1950-ci illərdən sonra gündəmə gəlib

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Paşinyanın etirafı: "soyqırımı" 1950-lərdən sonra gündəmə gəldi" adlı veriliş hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Türkiyənin, Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı erməni-daşnak cinayətlərindən, Ermənistan cəmiyyətində türkə nifrət anlayışından danışıb.

O bildirib ki, "erməni soyqırımı" 1950-ci ildən sonra gündəmə gəldi: "Sovet hökumətinin Ankaraya qarşı gizli planı, "erməni kartı" var idi. Bu ideoloji alət təbii ki, bu gün iflasa uğrayır. 1915-ci il həqiqətləri, Quba və Şərqi Anadoludakı erməni cinayətinin sübutu olan toplu məzarlar çox faktlardan xəbər verir.

Onun sözlərinə görə, Mikoyanın qeydləri böyük erməni soyqırımı yalanını ifşa etdi: "Mikoyan erməniləri daşnakların öldürdüyünü etiraf edib. Soyqırımı türklər yox, ermənilər edib.

Ermənilər muzey, abidə, təhsil və media vasitəsilə kollektiv türkə nifrət anlayışını təbliğ ediblər. Artıq soyqırımı ideologiyası iflasa uğrayıb. Ermənistan cəmiyyətində bu ideologiya artıq aşınıb və yeni reallıq axtarışı başlayıb".

Q.Çaxmaqlı Baş nazir Nikol Paşinyanın "erməni soyqırımı" ilə bağlı etirafları, 1915-ci il hadisələri, müharibə reallığı ilə siyasi miflərin toqquşması, tarixi rəqəmlərin manipulyasiyası, eləcə də uydurmsa simvolik yaddaşın siyasətə çevrilməsinin anatomiyası ilə bağlı fikirlərini açıqlayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Paşinyanın etirafı: "Soyqırımı" 1950-ci illərdən sonra gündəmə gəlib

Son xəbərlər

Bütün Xəbər Lenti