Paşinyan: Ermənistanda 2026-cı il seçkiləri sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb edir

Region
  • 30 oktyabr, 2025
  • 11:01
Paşinyan: Ermənistanda 2026-cı il seçkiləri sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb edir

2026-cı ildə Ermənistanda keçiriləcək seçkilər sülh prosesi, sabitlik və ölkənin rifahı üçün böyük əhəmiyyət daşıyan mühüm siyasi hadisədir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda bəyan edib.

"Əminəm ki, Ermənistan vətəndaşları bizim nailiyyətlərimizi dəstəkləyəcəklər. Əlbəttə, müxtəlif narahatlıqlar var, siz bütün dünyada dezinformasiya və s. ilə bağlı problemlərin olduğunu bilirsiniz. Bütün demokratik ölkələr kimi, biz də bunu hiss edir və bunun öhdəsindən gəlmək üçün çalışırıq. Bütövlükdə, Ermənistan vətəndaşlarının sülh gündəliyini, sülh prosesini və qurulmasını dəstəklədiyinə şübhə etmirəm", - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti