Paşinyan Aİ komissarı ilə "Tramp marşrutu"nun həyata keçirilməsini müzakirə edib
Region
- 09 oktyabr, 2025
- 17:15

Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Brüsseldə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması nəticəsində regionda yaradılmış imkanları, eləcə də "Tramp Marşrutu"nun (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) həyata keçirilməsini müzakirə ediblər.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Baş nazirinin aparatından bildirilib.
Həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının yeni gündəmini, qarşıdakı tədbirləri və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini əhatə edən bir sıra məsələləri müzakirə ediblər.
Son xəbərlər
23:27
Rusiya Netanyahunun müharibə istəmədiyi ilə bağlı mesajını İrana çatdırıb
Region23:10
Makron Qəzza razılaşmasını dəstəkləmək üçün Misirə səfər edəcək
Digər ölkələr22:48
ABŞ ordusu şatdauna baxmayaraq maaş alacaq
Digər ölkələr22:34
KİV: Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib
Digər ölkələr22:21
KİV: Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib
Digər ölkələr22:08
Biləsuvarda qoşqusunda pambıq olan traktorda yanğın baş verib
Hadisə22:00
Meksikada daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB
Digər ölkələr21:59
Azərbaycanın U-17 millisi növbəti dəfə məğlub olub
Futbol21:56