Nazir: Ermənistan-Türkiyə sərhədinin açılması üçün hər şeyi edəcəyəm

Region
  • 29 sentyabr, 2025
  • 13:53
Nazir: Ermənistan-Türkiyə sərhədinin açılması üçün hər şeyi edəcəyəm

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Ermənistan-Türkiyə sərhədinin açılması üçün səy göstərəcəyini bəyan edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə parlamentin regional və Avrasiyaya inteqrasiya məsələləri üzrə komissiyasının iclasında bildirib.

"Mən Ermənistan-Türkiyə sərhədinin açılması və Ermənistan iqtisadiyyatının inkişafı üçün hər şeyi edəcəyəm", - o deyib.

Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistanla sərhədləri bağlamağa səbəb olan məsələləri həll edib.

Qeyd edək ki, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi ilə bağlı danışıqlar davam edir. Həmçinin Azərbaycanla da regional kommunikasiyaların açılması məsələsi müzakirə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti