Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər

Region
  • 18 oktyabr, 2025
  • 11:34
Nazir: Ermənistan bir ay sonra və ya gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər

Ermənistan bir ay sonra və ya gələn il Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edə bilər.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan "Deutsche Welle"yə müsahibəsində bildirib.

O, ölkədə hökuməti Aİ-yə üzv olmaq üçün səy göstərməyə məcbur edən qanunun qəbul edildiyini söyləyib.

"Nə vaxt müraciət edəcəyimizi dəqiq deyə bilmərəm. Bəlkə də gələn ay, bəlkə də gələn il. Bu, bir çox amillərdən asılıdır. Lakin dediyim kimi, bu, bizim rəsmi siyasətimizdir", - o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə Aİ ilə işləyir, artıq hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş mövcuddur. Tərəflər viza rejiminin sadələşdirilməsi prosesinə başlayıblar. Bundan başqa, İrəvan və Brüssel bir neçə yeni sənədlə bağlı danışıqlar aparır və yeni tərəfdaşlıq proqramı üzərində işi tamamlayıblar. Sənəd maksimum yaxın üç ay ərzində imzalanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti