Moskva və Pekin 220 milyon dollarlıq 86 layihə üzərində işləyir
- 31 oktyabr, 2025
- 17:38
 
                            
                            
                        Rusiya-Çin Komitəsi və İnvestisiya Əməkdaşlığı Komissiyası hazırda ümumi həcmi 18 trilyon rubl (220,5 milyon dollardan artıq) olan 86 birgə layihəni nəzərdən keçirir.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev bildirib.
O qeyd edib ki, son illərdə Rusiya və Çin əməkdaşlığın yeni istiqamətlərini, məsələn, sənaye, neft-kimya, metallurgiya, kənd təsərrüfatı və gübrə istehsalı sahələrini inkişaf etdirməyə başlayıb.
Bu günədək investisiya dəyəri 800 milyard rubldan (təxminən 10 milyon dollar) çox olan 50-dən çox layihə həyata keçirilib.
K.Dmitriyev bu nəticəni ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində sistemli və uzunmüddətli işin nəticəsi adlandırıb.
