KİV: Çinin dövlət şirkətləri sanksiyalara görə Rusiyadan neft alışını dayandırıb

Digər ölkələr
  • 23 oktyabr, 2025
  • 19:55
KİV: Çinin dövlət şirkətləri sanksiyalara görə Rusiyadan neft alışını dayandırıb

Çinin dövlət şirkətləri ABŞ-nin "Rosneft" və "LUKOYL"a qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya neftinin alışını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazır.

Söhbət Çinin "PetroChina", "Sinopec", "CNOOC" və "Zhenhua Oil" kimi dövlət şirkətlərindən gedir. Onlar ən azı qısamüddətli perspektivdə Rusiyanın enerji ehtiyatlarının dəniz yolu ilə tədarükündən imtina edəcəklər.

Agentliyin məlumatına görə, "Rosneft" və "LUKOYL" neftin böyük hissəsini Çinə birbaşa deyil, vasitəçilər üzərindən satır. İdxalın əsas hissəsini müstəqil neft emalı zavodları üçün tədarüklər təşkil edir. "Reuters"in sorğu apardığı treyderlərin fikrincə, onlar Rusiyadan neft alışını dayandıra bilərlər, lakin tədarükləri bərpa etməyə çalışacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti