Ermənistan XİN rəhbəri: Artıq hamıya məlumdur ki, Azərbaycanla sülh qurmuşuq

Region
  • 24 oktyabr, 2025
  • 14:00
Ermənistan XİN rəhbəri: Artıq hamıya məlumdur ki, Azərbaycanla sülh qurmuşuq
Ararat Mirzoyan

Ermənistan və Azərbaycan sülh bağlayıb və indi münasibətlərin tam normallaşdırılması üçün səy göstərir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Fransada keçirilən 4-cü Feminist Diplomatiyası üzrə Nazirlər Konfransı çərçivəsində panel müzakirəsində bildirib.

"Artıq hamıya məlumdur ki, biz Azərbaycanla sülh qurmuşuq. İndi hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün daha çox səy göstərir. Beləliklə, rəsmi sazişlərin imzalanması və konkret həllərin hazırlanması istiqamətində hökumətin səyləri ilə yanaşı, cəmiyyətlərin barışmasına da böyük zərurət var", - o qeyd edib

Son xəbərlər

Bütün Xəbər Lenti