Almaniya Ukraynaya 60 milyon avro ayıracaq
Digər ölkələr
- 24 oktyabr, 2025
- 16:07
Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib ki, Almaniya Enerjiyə Dəstək Fonduna 60 milyon avro ayıracaq.
"Report" xəbər verir ki, o bunu özünün teleqram kanalında bildirib.
Onun sözlərinə görə, bu vəsait ölkənin kritik infrastrukturunun dayanıqlığını gücləndirməyə yönəldiləcək.
Y.Sviridenko vurğulayıb ki, bu qərara görə Almaniyanın enerji naziri Katerina Rayheyə təşəkkür edib.
Ukraynanın Baş naziri, həmçinin tərəflərin enerji üzrə birgə işçi qrupunun yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi barədə razılaşdıqlarını vurğulayıb.
"Dekabrda Berlində Ukrayna-Almaniya biznes forumu keçiriləcək. Bu da şirkətlərimiz arasında yeni tərəfdaşlıqlar üçün səmərəli platforma ola bilər", - Y.Sviridenko qeyd edib.
Son xəbərlər
17:38
Azərbaycan Rusiyada aqropark yaradacaq
Biznes17:38
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
ASK17:31
Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb
ASK17:31
Foto
Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb
Elm və təhsil17:25
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
ASK17:20
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
Mədəniyyət siyasəti17:16
Özbəkistanda qazdoldurma stansiyasında partlayış nəticəsində altı nəfər ölüb
Region17:12
"Bakcell" yeni baş icraçı direktor təyinatını elan edib
İKT17:07