Pezişkian Azərbaycanın ECO ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfəsini qeyd edib

Region
  • 28 oktyabr, 2025
  • 12:17
Pezişkian Azərbaycanın ECO ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfəsini qeyd edib

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) birgə polis qüvvələrinin yaradılması sürətləndirilməlidir.

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ECO-ya üzv ölkələrin daxili işlər nazirlərinin Tehranda keçirilən dördüncü konfransında çıxış zamanı deyib.

Onun sözlərinə görə, regional inkişaf üçün davamlı təhlükəsizlik açar rolunu oynayır.

M.Pezeşkian, həmçinin ECO üzvlərinin əməkdaşlığı dərinləşdirmək üçün səylərini artırmasını alqışlayaraq Azərbaycanın Xankəndi şəhərində keçirilmiş son sammitin bu ümumi öhdəliyi əks etdirdiyini qeyd edib.

İran Prezidenti, eyni zamanda bildirib ki, təklif olunan "İƏT-2035 Vizionu" proqramı regional artım və tərəfdaşlıq üçün daha perspektivli istiqamət olacaq.

Xatırladaq ki, toplantıda Azərbaycan, Türkiyə, Pakistan, Türkmənistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və İran DİN nümayəndələri təmsil olunurlar. Bundan başqa, ECO-nun Baş katibi, Omanın daxili işlər naziri və İraqın daxili işlər nazirinin müavini də tədbirdə qonaq qismində iştirak edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti