HƏMAS daha bir girovun meyitini təhvil verməkdən imtina edib - YENİLƏNİB

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 21:28
HƏMAS daha bir girovun meyitini təhvil verməkdən imtina edib - YENİLƏNİB

HƏMAS İsrailin atəşkəsi pozması səbəbindən bu gün tapılan israilli girovlardan birinin meyitini təhvil verməkdən imtina edib.

"Report"un xəbərinə görə, bu barədə hərəkatın teleqram kanalında məlumat verilib.

HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" batalyonu bu gün Qəzza zolağının cənubundakı tunellərdə israilli əsirlərdən birinin meyitini tapdığını bildirib.

"Meyitin bu günə planlaşdırılan təhvil verilməsi (İsrail - red.) tərəfindən törədilən pozuntular səbəbindən təxirə salınacaq. Biz vurğulayırıq ki, İsrail tərəfində vəziyyətin hər hansı gərginləşməsi girovların axtarışı və tapılması əməliyyatlarına mane olacaq və onların qayıtmasını gecikdirəcək", - bəyanatda bildirilir.

HƏMAS daha bir israilli girovun meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verəcəyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının "Telegram" kanalında məlumat verilib.

"Mübadilə razılaşması çərçivəsində bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) girovun meyitini təhvil verəcəyik", - paylaşımda qeyd olunub.

Radikallar meyitin Qəzza zolağı ərazisindəki tunellərin birində tapıldığını bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti