Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər

Din
  • 12 aprel, 2026
  • 02:04
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər

Azərbaycanda aprelin 12-nə keçən gecə Bakıda və rayonlarda yerləşən pravoslav məbədlərində pasxa ibadətləri həyata keçirilir.

"Report" xəbər verir ki, İsa Məsihin dirilməsi, yaxud Pasxa ən mühüm xristian bayramlarından biridir.

Bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristian icmasına təbrik məktubu ilə müraciət edib.

"Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər", – Prezidentin məktubunda qeyd olunub.

"Report" Bakı və Azərbaycan Yepiskopu Aleksinin rəhbərlik etdiyi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında gecəyarısı keçirilmiş ibadətdən fotoreportajı təqdim edir.