KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

Region
  • 27 noyabr, 2025
  • 13:02
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.

"Report" xəbər verir ki, bu barədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sammitinin yekunu üzrə qəbul edilmiş bəyannamədə deyilir.

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanmanın və qeyd-şərtsiz sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıyıq", - sənəddə qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti