Honkonqda yanğın zamanı ölən şəxslərin ailələrinə 25,7 min dollar ödəniləcək

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 20:05
Honkonqda yanğın zamanı ölən şəxslərin ailələrinə 25,7 min dollar ödəniləcək

Honkonq hakimiyyəti yaşayış kompleksində baş vermiş yanğında həlak olanların ailələrinə və xəsarət alanlara kompensasiya ödəyəcək.

"Report"un məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verib.

Məlumata əsasən, həlak olan hər bir şəxsin ailəsinə 200 min Honkonq dolları (25,7 min ABŞ dolları) ödəniləcək, həmçinin dəfn mərasiminin keçirilməsi üçün dövlət dəstəyi göstəriləcək.

Bu hadisədə xəsarət alan hər kəsə isə əvvəlcədən vəd edilən 10 min Honkonq dollarına (1,3 min ABŞ dolları) əlavə olaraq 50 min Honkonq dolları (6,4 min ABŞ dolları) məbləğində müavinət veriləcək.

Bütün zərərçəkənlər pulsuz müvəqqəti mənzillə təmin olunacaq.

Xatırladaq ki, son məlumata görə, Honkonqdakı yaşayış kompleksində yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti