KİV: Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb

Region
  • 17 noyabr, 2025
  • 06:04
KİV: Rusiya neftinə qarşı sanksiyalar ABŞ-də yanacağın qiymətini artırıb

"Rosneft" və "Lukoil" şirkətlərinin fəaliyyətinə təsir edən məhdudiyyətlər ABŞ-də dizel yanacağının orta qiymətinin artmasına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"CIBC Private Wealth Group"un baş enerji treyderi Rebekka Babin deib: "Emal marjalarının hazırkı artımı, ən azı, qismən ABŞ-nin "Rosneft" və "Lukoil"a qarşı qarşıdan gələn sanksiyaları ilə bağlı qeyri-müəyyənlik, eləcə də Avropa İttifaqının yanvar ayında Rusiya məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır".

"Bloomberg"ə görə, ABŞ, Avropa və Asiyada marjalar ən azı 2018-ci ildən bəri ən yüksək səviyyədədir. Nəşr vurğulayıb ki, bu ixracda hər hansı ciddi pozuntular qlobal yanacaq bazarı üçün şok ola bilər. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun tətbiq etdiyi sanksiyalara baxmayaraq, "Lukoil"un xarici aktivləri ilə bağlı bəzi əməliyyatlara icazə verən lisenziyaların müddətini noyabrın 21-dən dekabrın 13-dək uzadıb.

Son xəbərlər

Bütün Xəbər Lenti