İrəvanda tikiş sexində partlayış olub, yaralananlar var

Region
  • 30 sentyabr, 2025
  • 19:38
İrəvanda tikiş sexində partlayış olub, yaralananlar var

Ermənistan paytaxtı İrəvanda tikiş sexində baş verən partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, onların hamısı xəstəxanaya yerləşdirilib.

Ermənistan Səhiyyə Nazirliyi yaralılardan birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxıldığını bildirib.

"Xəsarət alanlardan ikisinin səhhəti orta ağır qiymətləndirilir və onlara lazımi tibbi yardım göstərilir. Dördüncü şəxsin vəziyyəti qənaətbəxşdir", - nazirlikdən bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti