Azərbaycanlı voleybolçu: "Sevincliyəm ki, III MDB Oyunlarında komanda olaraq birinci qələbəmizi qazandıq"
- 30 sentyabr, 2025
- 21:23

Çox sevincliyəm ki, III MDB Oyunlarında komanda olaraq birinci qələbəmizi qazandıq.
"Report"un Qərb bürosunun məlumatına görə, bunu jurnalistlərə Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində Qırğızıstan seçməsinə 3:0 hesabı ilə qalib gələn Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisinin üzvü İsmayıl Rza bildirib.
O, rəqibi araşdırdıqlarını, gələcəkdə daha böyük uğurlara imza atacaqlarına ümidvar olduğunu söyləyib.
"Gərgin bir oyun keçdi. Əsas da sonuncu set həqiqətən çox həyəcanlı idi. Sonda qazanan biz olduq. Yaxşı oynadığımızı düşünürəm", - voleybolçu deyib.
Qeyd edək ki, III MDB Oyunlarında mübarizəyə start verən Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi Qırğızıstan seçməsini 3:0 hesabı ilə məğlub edib.