AMEA prezidenti: İkinci Qarabağ müharibəsindən sonra türk dövlətləri arasında birlik daha da gücləndi

Xarici siyasət
  • 17 oktyabr, 2025
  • 14:26
AMEA prezidenti: İkinci Qarabağ müharibəsindən sonra türk dövlətləri arasında birlik daha da gücləndi

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra türk dövlətləri arasında birliyə yönələn addımlar daha da sürətləndi.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli oktyabrın 18-i Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və oktyabr 29-u Türkiyənin Cümhuriyyət Gününə həsr olunmuş "Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, AMEA-nın yubileyi indiyədək cəmi üç dəfə qeyd olunub: "Biz dördüncü dəfə bu il Akademiyanın yubileyini keçiririk, bu dəfə 80 illiyimiz qeyd olunur".

İ.Həbibbəyli Azərbaycan və Türkiyənin həmişə bir-birinə dəstək göstərdiyini bildirib:

"İki ölkənin həmrəyliyi zəfərlərimizdə böyük rol oynayıb. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra türk dövlətləri arasında birliyə yönələn addımlar daha sürətlə atılmağa başlanıldı. Türkoloji Qurultayın 2026-cı ildə Azərbaycanda keçirilməsi ölkəmizin Türk dünyasının birləşməsinə töhfədir. Azərbaycan qısa müddətdə dünya liderlərinin yüksək qiymətləndirdiyi bir ölkəyə çevrildi. Bu o deməkdir ki, Azərbaycan Prezidenti də dünyanın nüfuzlu liderlərindən biridir. "Bir millət, iki dövlət!" şüarımız artıq "Bir millət, altı-yeddi dövlət!"ə çevrilir".

Son xəbərlər

Bütün Xəbər Lenti