İran XİN başçısı HƏMAS nümayəndələri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Region
  • 05 sentyabr, 2025
  • 10:11
İran XİN başçısı HƏMAS nümayəndələri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi Dohada HƏMAS liderləri ilə görüşündə Tehranın Fələstin xalqının İsrailə qarşı müqavimətini dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, HƏMAS-ın siyasi bürosunun üzvü və Qəzza bölgəsindəki rəhbəri Xəlil əl-Həyyə, eləcə də qrupun rəhbər şurasının və siyasi bürosunun bir sıra üzvləri Dohada səfərdə olan Abbas Əraqçi ilə görüşərək Qəzza bölgəsindəki son siyasi və yerli hadisələri, əsirlərin mübadiləsi məsələsi istiqamətində göstərilən səyləri müzakirə ediblər.

Məlumata görə, Xəlil əl-Həyyə Qəzzanın mühasirəsinin aradan qaldırılması, Fələstin xalqına təcili humanitar yardımın göndərilməsi və başqa məsələlərin zəruriliyindən danışıb.