Gürcüstanın müxalif deputatları birillik fasilədən sonra parlamentə qayıdıb

Region
  • 28 oktyabr, 2025
  • 12:05
Gürcüstanın müxalif deputatları birillik fasilədən sonra parlamentə qayıdıb

Gürcüstanın müxalif "Qaxariya Gürcüstan naminə" partiyasından seçilmiş deputatlar birillik fasilədən sonra parlamentdəki boykotlarına son qoyaraq qanunverici orqanın iclaslarında iştirak etməyə başlayıblar.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bu barədə partiyanın mətbuat xidməti açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, "Qaxariya Gürcüstan naminə" partiyasının deputatları bu gündən etibarən parlamentin iclaslarında iştirak edəcəklər.

Xatırladaq ki, 2024-cü il oktyabrın 26-da keçirilmiş 11-ci çağırış parlament seçkilərində "Qaxariya Gürcüstan naminə" partiyası 12 mandat əldə etmişdi. Lakin seçkilərdən sonra partiya rəhbərliyi parlamentin fəaliyyətini boykot edərək iclaslarda iştirakdan imtina etmişdi.

Bir il davam edən fasilədən sonra partiya deputatlarının qanunverici orqanın işinə qayıtması Gürcüstanda siyasi dialoqun bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti