Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd hərbi xidmət keçməyib
Region
- 22 fevral, 2021
- 07:57
Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd Cuanşer Burçuladze hərbi xidmətdə olmayıb.
“Report”un yerli bürosu xəbər verir ki, o, ötən gün parlamentdə keçirilən dinləmələr zamanı bunun səbəbinə aydınlıq gətirməli olub.
C.Burçuladze məcburi hərbi xidmətdən möhlət aldığını bildirib: “Təəssüflər olsun ki, hərbi xidmət keçməmişəm. Xidmətdən yayınmamışam. Mən 17 yaşında ailə qurmuşam və övladım dünyaya gəlib. Daha sonra 20 yaşında işləməyə başlamışam”.
Gürcüstanda hərbi çağırışdan azad olmaqla bağlı əsası və ya möhləti olmayan 18 yaşdan 27 yaşadək olan kişilər məcburi hərbi xidmət keçməlidirlər.
Qeyd edək ki, 43 yaşlı C.Burçuladze bundan öncə müdafiə nazirinin müavini olub.
Son xəbərlər
09:16
Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi protezlə təmin edilib
Sosial müdafiə09:16
Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğularaq ölüb
Hadisə09:08
Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək
Futbol09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.12.2025)
Maliyyə08:51
Foto
Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb
Hadisə08:43
KİV: Honqkonqda yanğının əsas səbəbi korrupsiya olub
Digər ölkələr08:41
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2025)
Maliyyə08:20
Bakının bəzi yollarında tıxac yaranıb
İnfrastruktur08:03