Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək

Futbol
  • 03 dekabr, 2025
  • 09:08
Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçı Şamaxıda baş tutacaq.

Şəhərin eyniadlı komandası "Baku Sportinq"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.

Ardınca "Sabah" "İmişli"nin qonağı olacaq. Bu görüş də eyni saatda başlayacaq.

Günün son oyununda "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Bu matçın startı saat 19:00-a planlaşdırılıb.

"Şamaxı" - "Baku Sportinq" cütünün qalibi növbəti raundda "Qarabağ" - "Karvan-Yevlax" duelinin güclüsü ilə qarşılaşacaq. "İmişli" - "Sabah" görüşündə qalib gələn komanda 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.

3 dekabr

14:00. "Şamaxı""Baku Sportinq"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu

14:00. "İmişli""Sabah"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Vüqar Həsənli.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Quba Olimpiya Kompleksinin stadionu

19:00. "Qarabağ""Karvan-Yevlax"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

VAR: Rəşad Əhmədov.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

"Azərsun Arena"

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Ötən gün "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə əlavə vaxtda "Neftçi"ni (1:0) məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti