Dünya çempionu Peti bütün medallarını itirib
Futbol
- 27 iyun, 2026
- 04:47
Fransa milli komandası ilə futbol üzrə DÇ-1998-in qalibi olan Emmanuel Peti, dünya və Avropa çempionatlarında qazandığı medallar da daxil olmaqla, bütün medallarını itirib.
"Report" xəbər verir ki, o, bu barədə "Talk Sport" podkastında danışıb.
"Dünya Kubokunun surətini götürüb seyfə qoydum. Medallarla da eyni şeyi etmək istədim. Onları axtarmağa saatlarla vaxt sərf etdim. Dəli olurdum. İngiltərə və Fransa çempionatlarından, kuboklardan, dünya və Avropa çempionatlarından medallar... Hər şey yoxa çıxmışdı", - deyə o əlavə edib.
Qeyd edək ki, 55 yaşlı Peti həmçinin 2000-ci ildə Fransa millisi ilə Avropa çempionu olub. O, "Monako" ilə Fransa çempionluğunu (1997) və Fransa Kubokunu (1991) da qazanıb.
Son xəbərlər
18:19
Hakan Fidan iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Region18:19
Azərbaycanda qaz istehlakçıları üçün yeni qaydalar təsdiq edilib
Energetika18:17
AZAL: Gələcəkdə Çinə bir neçə istiqamətin açılması imkanları nəzərdən keçirilir - EKSKLÜZİV
Turizm18:09
Foto
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Hərbi18:05
Foto
Ağalıda növbəti əmək yarmarkası keçirilib, 80 vakansiya təqdim edilib
Sosial müdafiə18:04
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib
Daxili siyasət18:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki bəzi qurumların ştat vahidləri təsdiqlənib
Daxili siyasət18:01
Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiq edilib
İnfrastruktur18:00