Gürcüstanda azərbaycanlılar arasında təbii artım azalıb
Region
- 15 sentyabr, 2021
- 07:21
Bu ilin birinci yarısında Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində təbii artım 195 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə təbii artım 262 nəfər azalıb.
Yanvar-iyunda regionda 1 224 nikah, 425 boşanma faktı qeydə alınıb. Nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 542, boşanmaların sayı isə 271 hal artıb.
Hesabat dövründə Gürcüstan üzrə təbii artım illik müqayisədə 2 676 nəfər azalaraq 3 982 nəfər olub. Müsbət təbii artım Kvemo Kartli bölgəsi ilə yanaşı Acarıstanda da qeydə alınıb.
Son xəbərlər
00:58
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
Futbol00:42
Pentaqon Yaxın Şərqdəki "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisini geri çağırır
Digər ölkələr00:11
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
Energetika00:05
XTQ-nin yaradılmasından 27 il ötür
Hərbi00:00
ADNA-da törədilən terror aktından 17 il ötür
Hadisə23:46
Pauell FES rəhbəri vəzifəsindən getdikdən sonra Rəhbərlər Şurasında qalacaq
Digər ölkələr23:30
Tramp: BƏƏ-nin OPEC-dən çıxması yanacağın ucuzlaşmasına kömək edəcək
Digər ölkələr23:18
Əraqçi Spoljarici ABŞ ilə İsrailin İrana hücumları barədə məlumatlandırıb
Region23:06