Gürcüstan Azərbaycan dili və ədəbiyyatını tədris proqramına salmağı nəzərdən keçirəcək
Region
- 27 noyabr, 2025
- 01:22
Gürcüstanda ictimai fəal, Maarif Təşkilatının sədri Aygül İsayevanın təşəbbüsü ilə ölkənin Təhsil Nazirliyində və digər aidiyyəti dövlət qurumlarında etnik azlıqların dili adlanan fənnin təhsil proqramında Azərbaycan dili və ədəbiyyat kimi qeyd olunması ilə bağlı rəsmi müraciət qeydiyyata alınıb.
Bu barədə "Report"un yerli bürosuna Aygül İsayeva bildirib.
O, qeyd edib ki, təşəbbüs Gürcüstanda yaşayan azərbaycanlıların ana dilində təhsilə çıxış imkanlarının genişləndirilməsi üçün mühüm addımdır. A.İsayeva imzatoplama prosesində dəstək göstərən hər kəsə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, müraciət hazırda müvafiq dövlət qurumları tərəfindən araşdırılır və nəticələri barədə yaxın günlərdə əlavə məlumatın veriləcəyi gözlənilir.
Son xəbərlər
20:48
Bosfor boğazı yaxınlığında partlayan tankerin minaya toxunduğu ehtimal edilir – YENİLƏNİB
Digər ölkələr20:26
Ukrayna Rusiyanın 30 vətəndaşını geri qaytarıb
Digər ölkələr20:23
Premyer Liqa: "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qalıb
Futbol20:14
Foto
Şəhid ailələrinin övladları üçün kosmos və texnologiya sahəsində qış düşərgəsi təşkil olunur
Fərdi20:05
Honkonqda yanğın zamanı ölən şəxslərin ailələrinə 25,7 min dollar ödəniləcək
Digər ölkələr19:54
Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər
Region19:48
ABŞ ilə danışıqlarda Ukraynanı kimlərin təmsil edəcəyi məlum olub
Digər ölkələr19:35
Andrey Yermak istefa verib
Digər ölkələr19:31