Gürcüstan MSK: Yerli seçkilərdə 3,5 milyon seçici iştirak edəcək

Region
  • 26 sentyabr, 2025
  • 13:22
Gürcüstan MSK: Yerli seçkilərdə 3,5 milyon seçici iştirak edəcək

Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçici siyahısı yekunlaşıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoselianinin sözlərinə görə, oktyabrın 4-də baş tutacaq seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfər təşkil edir.

Onlardan 3 milyon 130 min 348 nəfəri elektron texnologiyalar vasitəsilə səs verəcək. İlk dəfə olaraq 47 minə yaxın gənc də seçkilərdə iştirak etmək hüququ qazanıb.

MSK-nın açıqlamasına görə, ölkə üzrə 3061 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bunlardan 2284-ü elektron, 777-si isə ənənəvi qaydada işləyəcək. Penitensiar müəssisələrdə isə 10 xüsusi seçki məntəqəsi yaradılıb.

Bu il 60 min 754 seçici daşınan seçki qutusu ilə səsvermə üçün müraciət edib. Seçkilərə hazırlıq müddətində vətəndaşlar vahid seçici siyahısında məlumatlarını MSK-nın internet saytı, mobil tətbiq və ödəmə terminalları vasitəsilə yoxlaya biliblər.

MSK rəsmisi bildirib ki, vahid seçici siyahısı artıq yenilənərək qurumun rəsmi internet saytında ictimaiyyətin ixtiyarına verilib. Siyahının açıq variantı həm seçki məntəqələrində, həm də qeydiyyatdan keçmiş partiyalar və müşahidəçi təşkilatlar üçün əlçatandır.

Son xəbərlər

Bütün Xəbər Lenti