Gürcüstan Avronest PA-nın İrəvanda keçiriləcək sessiyasında iştirakdan imtina edib

Region
  • 27 oktyabr, 2025
  • 12:21
Gürcüstan Avronest PA-nın İrəvanda keçiriləcək sessiyasında iştirakdan imtina edib

Gürcüstan 28-30 oktyabr tarixlərində Avronestin Parlament Assambleyasının İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməkdən imtina edib.

"Report"un məlumatına görə, bu barədə Gürcüstan KİV-i xəbər verir.

Parlamentin Avrointeqrasiya Komitəsinin sədri Levan Maxaşvili Avronestin rəhbərliyinə açıq məktubla müraciət edərək, bu qərarın səbəbini bəzi Avropa Parlamenti deputatlarının düşmən ritorikası və onların Tbilisidəki etiraz aksiyalarına qoşulmasının qarşılıqlı hörmət prinsiplərinə zidd olması və parlament diplomatiyası çərçivəsindən kənara çıxması ilə izah edib.

Məktubda o qeyd edib ki, Avronest assambleyasındakı Avropa Parlamentinin nümayəndə heyətinin bəzi üzvləri "ölkədə ictimai iğtişaşları, radikallaşmanı və zorakılığı təşviq edən" bəyanatlar veriblər.

"Bu şəxslərə tribuna verməklə Avronest qeyri-demokratik davranışı təşviq edir, həmçinin zorakı və ya radikal siyasi proqramları əsaslandırır", - məktubda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti