Polşa Prezidenti Dəftərxanası: Zelenski Navrotski ilə görüşmək üçün Varşavaya gəlməlidir

Digər ölkələr
  • 27 oktyabr, 2025
  • 20:20
Polşa Prezidenti Dəftərxanası: Zelenski Navrotski ilə görüşmək üçün Varşavaya gəlməlidir

Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Karol Navrotski ilə görüşmək üçün Varşavaya gəlməlidir.

"Report" "RBK-Ukrayna"ya istindən xəbər verir ki, bunu Polşa Prezidenti Dəftərxanasında Beynəlxalq siyasət şöbəsinin müdiri Marçin Pşidaç "TVN24" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, diplomatiyada kimin ilk səfər etməsi ilə bağlı ciddi qayda yoxdur. Pşidaç bunun yayılmış bir təcrübə olduğunu, lakin məcburi olmadığını qeyd edib.

M.Pşidaç Navrotski vəzifəyə gəldikdən sonra Baltikyanı dövlətlərin (Litva, Latviya, Estoniya və Danimarka) liderlərinin Polşaya səfərlərini nümunə göstərib.

Polşa Prezidentinin nümayəndəsi vurğulayıb ki, Navrotskinin Kiyevə səfəri ehtimalı Polşa-Ukrayna dialoqunun inkişafından və tarixi-iqtisadi əməkdaşlıqdakı konkret vəziyyətdən asılı olacaq.

M.Pşidaç istənilən səfərin hansısa bir prosesin başlanğıcı deyil, kulminasiya nöqtəsi olmalı olduğunu vurğulayıb və hər iki tərəfdən rəsmi dəvətlərin artıq göndərildiyini təsdiqləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti