Ermənistanın XİN rəhbəri: İrəvan və Bakı ŞƏT-in tamhüquqlu üzvü olmalıdır
Region
- 28 avqust, 2025
- 00:31

"Ermənistan və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün ərizələr təqdim ediblər və bu təşkilata üzv olmalıdırlar".
"Report" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
"Biz ərizə verdik, Azərbaycan da ərizə verib. Biz beynəlxalq tərəfdaşlar kimi qarşıdan gələn sammitə dəvət almışıq və iştirak edəcəyik. Hesab edirik ki, biz və Azərbaycan bu təşkilata üzv ola bilərik və olmalıyıq", - Ermənistan XİN rəhbəri bildirib.
Bundan əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın ŞƏT sammitində iştirak etmək üçün avqustun 31-də Çinə gedəcəyini bildirib.
Son xəbərlər
21:02
KİV: HƏMAS bu gün daha bir neçə girovun meyitini qaytara bilər
Digər ölkələr20:59
Foto
Azərbaycanın U-21 millisi Şotlandiya ilə məhsuldar heç-heçə edib
Futbol20:55
Foto
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Daxili siyasət20:50
Tovuzda qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib
Hadisə20:41
Foto
Cüdo üzrə Bakı şəhər birinciliyində ikinci günün qalibləri bəlli olub
Fərdi20:35
Foto
Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub
Mədəniyyət siyasəti20:17
Foto
Odessanın hazırkı merinin Rusiya vətəndaşlığı və bu ölkə ilə əlaqələri aşkarlanıb
Digər ölkələr20:08
Randrianirina iki illik keçid dövrü üçün Madaqaskarın prezidenti vəzifəsini yerinə yetirə bilər - YENİLƏNİB-4
Digər ölkələr19:58