Ermənistanda meyiti qarajda aşkarlanan əsgərlə bağlı cinayət işi qaldırılıb
Region
- 15 may, 2021
- 04:55

Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində meyiti qarajda asılmış vəziyyətdə aşkarlanmış hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi qaldırılıb.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, hərbi qulluqçu Roman Baqdasaryan 13 may 2021-ci ildə yerli vaxtla saat 23:00-da hərbi hissənin özbaşına tərk edib və evə qayıdıb.
Mayın 14-də saat 06:40-da ailə üzvləri əsgərin qarajda asılmış meyitini aşkarlayıblar.
Fakt üzrə Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə cinayət işi qaldırılıb, hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və operativ-axtarış tədbirlərinə başlanılıb.
İlkin araşdırma davam edir.
Son xəbərlər
11:06
Portuqaliya futbolçu yayda ərəblərin üç təklfini rədd edib
Futbol10:55
Ukrayna Müdafiə Nazirliyi: Rusiya Avropaya hücum edə bilər
Digər ölkələr10:47
Ölkənin bəzi rayonlarında leysan yağıb - FAKTİKİ HAVA
Ekologiya10:41
NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək
Region10:34
KİV: Yaponiyanın baş naziri istefa vermək niyyətindədir
Digər ölkələr10:26
Ukraynalı futbolçu: "Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"
Futbol10:13
Foto
Rusiya bir gecədə Kiyevə 13 ədəd "İskəndər" raketi atıb
Digər ölkələr09:50
Vens Trampı "söndürmə açarı olmayan adam" adlandırıb
Digər ölkələr09:32