Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladılıb
Region
- 22 iyun, 2021
- 09:10

Ermənistan Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Akopyanın avtomobili qumbara ilə partladılıb.
“Report” xəbər verir ki, bu barədə sabiq deputatın özü “Sputnik Armeniya”ya məlumat verib.
Onun sözlərinə görə, hadisə səhər saat 9.30 radələrində baş verib: “Partlayış nəticəsində mənim və qonşumun maşını zədələnib”.
Keçmiş deputat hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirib.
Qeyd edək ki, Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.
Son xəbərlər
20:21
Yuxarı Şirvan kanalında batan şəxsin meyiti tapılıb
Hadisə20:07
Video
"Euronews": Azərbaycan Müqəddəs Taxt-tacda aparılan bərpa işləri ilə Vatikanla əlaqələri gücləndirir
Xarici siyasət20:07
Səfir: Estoniya şirkətləri Azərbaycan bazarına maraq göstərirlər
Xarici siyasət19:48
Səfir: Malayziya universitetləri getdikcə daha çox azərbaycanlı tələbəni qəbul edir
Xarici siyasət19:46
Foto
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb
Xarici siyasət19:43
Foto
Video
Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində iştirak edən hərbi qulluqçularla görüşüb
Hərbi19:39
KİV: Putin-Tramp görüşünə hazırlıq dayandırılıb
Digər ölkələr19:34
Azərbaycanla Malayziya arasında ali təhsil sahəsində anlaşma memorandumu imzalanacaq
Elm və təhsil19:31