Ermənistanda 30-a yaxın şəxs qanunsuz silahla bağlı saxlanılıb

Region
  • 05 noyabr, 2025
  • 18:32
Ermənistanda 30-a yaxın şəxs qanunsuz silahla bağlı saxlanılıb

Ermənistanda polisin qanunsuz silahların aşkarlanması məqsədilə keçirdiyi reydlər nəticəsində təxminən 30 nəfər saxlanılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 60 ünvanda genişmiqyaslı axtarışlar və digər əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə çoxlu sayda silah-sursat, həmçinin narkotik maddələr aşkarlanaraq götürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti