Alen Simonyan: Ermənistan faktiki olaraq KTMT-dən çıxıb - YENİLƏNİB

Region
  • 26 noyabr, 2025
  • 15:34
Alen Simonyan: Ermənistan faktiki olaraq KTMT-dən çıxıb - YENİLƏNİB

Ermənistan parlamentinin spikeri Alen Simonyan xarici işlər nazirinin müavini Mnatsakan Safaryandan fərqli olaraq hesab edir ki, ölkə faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

"Biz faktiki olaraq oradan çıxmışıq. Qalanlarına gəldikdə isə bunu siyasi məqsədəuyğunluq və danışıqların gedişinə buraxın", - o bildirib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir.

"Report"un məlumatına görə, bunu ölkənin xarici işlər nazirinin (XİN) müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bəyan edib.

"Ermənistanın KTMT-yə münasibətdə siyasəti daha əvvəl müəyyənləşdirilmişdi: biz iştirak etmirik, lakin qərarların və sənədlərin qəbul edilməsinə mane olmuruq", - o bildirib.

"Ermənistan nə üçün təşkilatdan çıxmır" sualını şərh edərkən nazir müavini qeyd edib ki, hazırkı mərhələdə İrəvan məhz belə bir xətti izləyir: "Ermənistan xarici siyasətini öz maraqlarından və yaranmış vəziyyətdən çıxış edərək yürüdür".

Qeyd edək ki, Ermənistan 26-27 noyabr tarixlərində Bişkekdə (Qırğızıstan) keçiriləcək KTMT Şurasının iclasında iştirak etməyəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti