Ermənistan və Fransa 2023-2024-cü illərdə 274,5 milyon avroluq silah tədarükü müqaviləsi imzalayıb
- 03 noyabr, 2025
- 12:40
Ermənistan 2023-2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox məbləğdə silah tədarükü haqqında müqavilə bağlayıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda deyilir.
"Yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi yalnız müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması erməni tərəfdaşlarla daha sıx əlaqələrin qurulmasına və əməkdaşlığın optimal formatlarının müəyyənləşdirilməsinə imkan verəcək", - məlumatda qeyd olunur.
2022-ci ilə qədər Fransa Ermənistana demək olar ki, silah tədarük etməyib, lakin 2023-2024-cü illərdə çoxsaylı müqavilələr bağlanıb. Ermənistanın müdafiə sənayesi sahəsində bir sıra birgə layihələr də müzakirə olunur.
Sənəddə bildirilir ki, Fransa Ermənistana "Sezar" tipli özüyeriyən haubitsa, eləcə də 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğularını tədarük edir.