Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP layihəsini nəzərə ala bilər

Region
  • 22 noyabr, 2025
  • 10:43
Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP layihəsini nəzərə ala bilər

Qara dənizin dibi ilə internet kabeli çəkilməsi layihəsi "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə uyğunlaşdırıla bilər.

"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə ölkənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən bildirilib.

"Layihə Ermənistanın beynəlxalq kommunikasiya infrastrukturunu təkmilləşdirəcək, şəbəkənin etibarlılığını artıracaq və regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Ermənistan, əgər layihəni həyata keçirərsə, internet məlumatlarının ötürülməsi və tranzit axınların təmin edilməsi üzrə böyük regional mərkəzə çevrilə bilər", - qurumdan qeyd edilib.

Qara dənizin dibi ilə internet kabelinin çəkilməsi ideyası ilə İrəvan hələ 2021-ci ildə çıxış edib. Ermənistan tərəfi gürcüstanlı tərəfdaşlarla bir neçə raund danışıqlar aparıb. 2023-cü ilə olan məlumata görə, layihənin dəyəri 45 milyon avro təşkil edirdi.

Qeyd olunur ki, layihənin həyata keçirilməsi Ermənistanın Rusiya, Gürcüstan, Bolqarıstan, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını sürətləndirəcək. Ermənistan Avropadan xarici internet trafikini Türkiyə və Gürcüstan ərazisi vasitəsilə əldə edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti