Avropanın aparıcı klubları "Borussiya"nın futbolçusu ilə maraqlanır

Futbol
  • 22 noyabr, 2025
  • 12:16
Avropanın aparıcı klubları Borussiyanın futbolçusu ilə maraqlanır

Avropanın aparıcı klubları Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən Kərim Adeyemi ilə ilə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Barselona" və İtaliyanın "İnter" klubları 23 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Forvard 2026-cı ildə başqa komandaya keçməyi düşünür.

Qeyd edək ki, Kərim Adeyeminin Dortmun təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Bütün Xəbər Lenti