Ermənistan kənd təsərrüfatı sahəsində Türkiyənin təcrübəsini öyrənmək niyyətindədir

Region
  • 09 oktyabr, 2025
  • 14:01
Ermənistan kənd təsərrüfatı sahəsində Türkiyənin təcrübəsini öyrənmək niyyətindədir

Ermənistan Mərkəzi Bankı Türkiyənin TARSİM (Kənd Təsərrüfatı Sığortaları Sistemi) şirkəti ilə kənd təsərrüfatında dolu və digər risklərə qarşı sığorta təcrübəsini müzakirə edib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Armen Nurbekyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə Türkiyə və İspaniyanın təcrübəsinə əsaslanmaq qərarına gəlib.

A.Nurbekyan qeyd edib ki, Ermənistan sözügedən sektoru institutlaşdırmalı və qanunvericiliyə müvafiq dəyişikliklər etməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti