Ərdoğan: "Ukraynada atəşkəsin əldə olunması üçün səylərimizi əsirgəməyəcəyik"

Region
  • 14 mart, 2022
  • 16:17
Ərdoğan: Ukraynada atəşkəsin əldə olunması üçün səylərimizi əsirgəməyəcəyik
Rəcəb Tayyib Ərdoğan

"Ukraynada daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniyanın Kansleri Olaf Şolts ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, Avropanın təhlükəsizliyi üçün tədbirlər görməklə yanaşı, Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində səylərini artıracaqlarını bildirib: "Görüşdə əsasən Rusiya-Ukrayna böhranı ilə bağlı müzakirələr apardıq. Problemin həlli üçün diplomatik səylərin gücləndirilməsinin önəmi qeyd olundu. Daimi atəşkəsin təmin olunması istiqamətində səylərimizi yorulmadan davam etdirəcəyik. Mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. Burada ən mühüm məsələ atəşin dayandırılmasıdır".