Tramp: ABŞ Ukraynadakı münaqişəni dayandırmaq üçün işləri davam etdirir
- 26 aprel, 2026
- 20:46
Vaşinqton Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına bildirib.
"Biz bu istiqamətdə addımlar atırıq, lakin hərbi əməliyyatlar hələ də dayanmayıb", - o qeyd edib.
Ağ Evin rəhbəri həm Rusiya lideri Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoq saxladığını bildirib. Bununla belə, Tramp baş tutan danışıqların təfərrüatlarını bölüşməkdən imtina edib və onların hər biri ilə sonuncu dəfə nə vaxt əlaqə saxladığını dəqiqləşdirməyib.
Xatırladaq ki, hələ mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin iştirakı ilə Rusiya və Ukrayna arasında danışıqlarda "fasilə yarandığını" qeyd edib.