Ərdoğan: Polşa ilə ticarət dövriyyəsini artırmaq niyyətindəyik – YENİLƏNİB-2

Region
  • 23 iyun, 2026
  • 19:46
Ərdoğan: Polşa ilə ticarət dövriyyəsini artırmaq niyyətindəyik – YENİLƏNİB-2

Türkiyə ilə Polşa arasında ticarət dövriyyəsi həcminin 10 milyard dollara qədər artırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan polşalı həmkarı Karol Navrotski ilə birgə mətbuat konfransında bildirib.

"Buna nail olandan sonra ticarət dövriyyəsini 15 milyard dollara qədər artırmaq niyyətindəyik", - Ərdoğan əlavə edib.

Polşa müdafiə sənayesində Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.

"Report" xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrotski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.

"Ankarada keçiriləcək NATO zirvəsinə qatılıb Rusiya-Ukrayna münaqişəsini və nizamlanmasını müzakirə edəcəyik. Buna paralel Polşa ilə Türkiyə arasında hərbi sahədən başqa sferalarda da əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılacaq", - o bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan polşalı həmkarı Karol Navrotski ilə görüşüb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, prezidentlərin təkbətək görüşü keçirilib.

"Bundan sonra Ərdoğan və Navrotski birgə mətbuat konfransında iştirak edəcəklər", - məlumatda bildirilib.