Ərdoğan: İslamofobiya dünyada vəba kimi sürətlə yayılır
Region
- 01 mart, 2024
- 12:38
“Budəfəki Antalya Diplomatiya Forumunun əsas məqsədi böhran vəziyyətlərində diplomatiyanı önə çıxarmaqdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
“Üç gün davam edən müzakirələrin dünyaya töhfə verəcəyinə ümid edirik. Amma o qədər də ümidli deyiləm. Çünki islamafobiya dünyada vəba kimi yayılır”, - R.T.Ərdoğan söyləyib.
O vurğulayıb ki, xaoslar getdikcə artır: “Beynəlxalq nizam isə zəifləyir”.
R.T.Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə İŞİD terror təşkilatını məğlub edən yeganə NATO ölkəsidir.
O bildirib ki, Ankara 40 ildir terrorla mübarizə aparır: “Mübarizəmiz davam edəcək. Türkiyə prinsiplərindən geri çəkilməyəcək”.
Son xəbərlər
22:43
Foto
Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazanıblar
Komanda22:31
Foto
Nurlan Paşayev "Amber Oars" beynəlxalq turnirində qızıl medal qazanıb
Fərdi22:06
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
Komanda21:45
Amerika Polşada hərbi baza yerləşdirməkdə israrlıdır
Digər ölkələr21:30
Foto
Babək rayonunda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Hadisə21:21
Foto
Qusarda U-17 cüdoçular arasında Şimal bölgəsi üzrə region birinciliyi keçirilib
Fərdi21:10
Almaniyada sursatla dolu poliqon yanır, yüzlərlə insan təxliyə edilib
Digər ölkələr20:53
Kabo Verdenin qapıçısı Vozinya DÇ-2026-nın qrup mərhələsinin rəmzi komandasına daxil edilib
İdman20:24