Babək rayonunda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Hadisə
- 28 iyun, 2026
- 21:30
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-21015" markalı avtomobillə "NAZ-Lifan" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəzada 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq müalicəyə cəlb ediliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:58
İranın mineral su istehsalı müəssisəsi bombalanıb
Region05:34
Konqoda Ebolaya yoluxma hallarının sayı iki mini ötüb
Digər ölkələr05:00
Bəqai: ABŞ-nin bir ailənin üç üzvünün ölümü ilə nəticələnən hücumu hərbi cinayətdir
Region04:32
Tramp: İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək
Digər ölkələr04:04
Demokratlar Pentaqonun maliyyələşdirilməsi haqqında qanun layihəsini dəstəkləməyiblər
Digər ölkələr03:32
İran mediası: Hörmüz boğazında ABŞ ilə toqquşmalar davam edir
Region03:05
"Fars": İordaniyada F-18 qırıcılarının yerləşdiyi ABŞ bazası PUA hücumuna məruz qalıb
Digər ölkələr02:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr02:23