Dağıstanda daşqınlar nəticəsində üç nəfər ölüb
Region
- 06 aprel, 2026
- 12:07
Dağıstanda daşqınlar nəticəsində üç nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə Rusiya KİV-i fövqəladə hallar üzrə xidmətlərə istinadən xəbər verir.
Bir qadının axtarışları davam edir.
Mahaçqalada fövqəladə vəziyyət elan edilib. İnsanlar təhlükəli ərazilərdən təxliyə edilərək müvəqqəti yaşayış məntəqələrinə yerləşdiriliblər.
Qeyd edək ki, Dağıstan ərazisində 2 mindən çox yaşayış evi, 1,8 mindən çox həyətyanı sahə, 173 yol, 7 bələdiyyə qurumu su altında qalıb.
Sinoptiklər regionda yağışların davam edəcəyini proqnozlaşdırırlar. Bəzi rayonlarda leysan yağışlar və güclü külək (20 m/s) gözlənilir, uçqun və sel təhlükəsi qalmaqdadır.
Son xəbərlər
02:13
Avstriya millisinin futbolçusunun dünya çempionatında çənə sümüyü sınıb
Futbol02:01
DÇ-2026: Kanada - Qətər oyunu başlayıb
Futbol01:47
İsveçrə - Bosniya və Herseqovina oyununun ən yaxşısı müəyyənləşib
Futbol01:38
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 3 900 nəfəri ötüb
Digər ölkələr01:04
Aİ Türkiyə ilə bağlı Yunanıstana xəbərdarlıq edib
Region00:58
Foto
DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazanıb - YENİLƏNİB-6
Futbol00:34
Lənkəranda iki mərtəbəli evdə yanğın olub
Hadisə00:19
ABŞ "Hizbullah"ı dəstəkləyən Livan siyasətçilərinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr23:55