Lənkəranda iki mərtəbəli evdə yanğın olub
Hadisə
- 19 iyun, 2026
- 00:34
Lənkəran rayonunda fərdi yaşayış evində yanğın olub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlaser kəndində baş verib.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Yalçın Abasət oğlu Əliyevə məxsus ümumi sahəsi 240 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin dam örtüyü və evin 50 kvadratmetrlik hissəsi əşyalarla birlikdə yanıb.
Hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.
Alov yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:13
Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:09
Qızıl və Bitkoin ucuzlaşıb
Maliyyə07:34
"FT": Avropa İttifaqı daxilində bank əməliyyatları asanlaşdırlır
Maliyyə07:08
ABŞ narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
Digər ölkələr07:05
Meksika və Cənubi Koreya oyununun ən yaxşı futbolçusu bəli olub
Futbol06:58
Yulen Lopeteqi: "Ağır məğlubiyyətdən sonra vacib məsələ toparlanmaqdır"
Futbol06:56
DÇ-2026: Meksika Cənubi Koreyanı məğlub edib - YENİLƏNİB-4
Futbol06:42
ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb, Vensin səfəri ləğv edilib
Digər ölkələr06:19