Burhanəddin Duran: PKK-nın açıqlaması "Terrorsuz Türkiyə" istiqamətində yeni addımdır

Region
  • 26 oktyabr, 2025
  • 16:20
Burhanəddin Duran: PKK-nın açıqlaması Terrorsuz Türkiyə istiqamətində yeni addımdır

PKK-nın bugünkü açıqlaması "Terrorsuz Türkiyə" prosesi istiqamətində yeni addımdır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü Burhanəddin Duran "X"də yazıb.

O bildirib ki, bu addım PKK-nin tərksilah olunması istiqamətində baş tutan müsbət hadisədir: "Terrorsuz Türkiyə" prosesi cənab Prezidentimizin və Dövlət Baxçalının qətiyyətli və cəsarətli liderliyi sayəsində davam etdirilir. Məqsədimiz ölkə daxilində sabitlik və təhlükəsizliyi təmin etmək, bölgəmizdə isə sülh və sabitliyi daimi etməkdir. Regionda baş verən hadisələr və beynəlxalq miqyasda artan qeyri-müəyyənliklər qarşıdakı dövrdə Türkiyə üçün yeni öhdəliklər yaradır".

Qeyd edək ki, daha əvvəl PKK Türkiyədən tamamilə çıxdığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti